Hadisə

Keçmiş məmurun şirkəti cərimələndi – Ağac kəsirmiş (FOTO)

Nizami rayonu, Azər Manafov küçəsində ğacları kəsdiyinə görə “Star Consturction-12” MMC cərimələnib.

AzToday.az xəbər verir ki, Nizami Rayon Məhkəməsi şirkətin 15000 AZN cərimələnməsi barədə qərar çıxarıb. Şirkətin qanunsuz əməli barədə şikayət edən isə hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı olub.

Hüquq müdafiəçisi Qaynarinfo-ya açıqlamasında bildirib ki, baş verənlər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət edib. Bundan sonra məhkəməyə müraciət edilib və şirkət cərimələnib.

“Mənimlə təmasa keçib mövqeyimdən daşındırmaq istədilər. Lakin məqsədlərinə nail ola bilmədilər. Daha sonra ərazidə yaşayan sakinləri işə cəlb edib öz qanunsuz əməllərini ört-basdır etməyə çalışdılar. Şikayət etməsəydim, ağac soyqırımı davam edəcəkdi”, – deyə Mirvari Qəhərmanlı əlavə edib.

Apardığımız araşdırmalara görə, “Star Construction-12” MMC-nin sahibi Mirsahib Bayramovdur. O, vaxtilə Bakı şəhəri üzrə Təhsil İdarəsində Təmir-tikinti və təchizat sektorunun müdiri olub. Mikayıl Cabbarov Təhsil naziri olduğu zaman Mirsahib Bayramov tutduğu vəzifədən azad olunub.

Dövlət satınalmaları ilə bağlı araşdırmalar zamanı isə məlum olub ki, “Star Construction-12” QSC daha çox Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılan “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi tenderlərin qalibi olur.

Bənzər yazılar

Back to top button