İdman

“Geri dönə biləcəyimi heç düşünmürdüm” – Ronaldo

“Bura dincəlmək üçün gəlməmişəm. Əvvəllər bu klubda mənim üçün hər şey yaxşı idi, müntəzəm olaraq kuboklar qazanırdıq. Uzun illər bu formada oynadım. Amma indi yenə qalib gəlmək üçün burdayam. Oynamağa hazıram və düşünürəm ki, yaxın 3-4 ildə əsas oyunçu olacağam”.

Qol.az xəbər verir ki, bu sözləri “Mançester Yunayted”ə qayıdan Kriştiano Ronaldo klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, geri dönə biləcəyini heç düşünmədiyini vurğulayıb: “Amma bunun baş verdiyinə sevindim. Həyəcanlanlııyam, oynamağa başlamaq istəyirəm. Sulşerə təzyiq edəcəyəm ki, məni əsas heyətə daxil etsin. Oynamağa hazıram!”.

Bənzər yazılar

Back to top button