CəmiyyətGündəm

25 yaşlı Vətən Müharibəsi Qəhrəmanı ilə bağlı məyusedici xəbər… – VİDEO

Vətən Müharibəsi Qəhrəmanlarından biri də Xüsusi Təyinatlı kəşfiyyat bölüyünün komandiri, baş leytenant Qəzənfər Ağayevdir.

25 yaşlı zabitimiz 13 oktyabr 1996-cı ildə Cəlilabadın Təklə kəndində doğulub.

Heydər Əliyev adına Ali Hərbi Məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirən Qəzənfər, 2017-ci ildən etibarən xidmətdədir.

Ailəlidir, Vətən Müharibəsindən 2 gün öncə 1 qız övladı doğulub.

44 günlük döyüşlərin örnək hərbçilərindən olan komandir Ağayev xidməti ilə nümunəvi olmağı bacarıb.

O, Suqovuşanın, Ağdamın, Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif olunub.

Vətən Müharibəsi Qəhrəmanı Ağdərə istiqamətində gedən döyüşlərdə aldığı xəsarət görə yaranan xəstəlik səbəbindən hazırda ordu sıralarında tərxis olunma müddətindədir.

Real TV-nin Qəzənfər Ağayevlə bağlı hazırladığı süjeti təqdim edirik:

Bənzər yazılar

Back to top button