Dünya

“Sputnik V”nin Avropada qeydiyyatdan keçməməsinin səbəbi açıqlandı

Avropa Dərman Agentliyi (EMA) “Sputnik V” peyvəndi ilə bağlı məlumatlara malik deyil.

Qaynarinfo RİA Novosti-yə istinadən xəbər verir ki, agentliyin nümayəndəsi Marko Kavaleri bu səbəbdən Rusiya vaksininin qeydiyyatdan keçə bilmədiyini deyib.

Onun sözlərinə görə, agentlik beş vaksini – Rusiyanın “Sputnik V”, Almaniyanın “CureVac”, Amerikanın “NovaVax”, Çinin “Sinovak” və Fransanın “Sanofi Pasteur” şirkətinin vaksinini nəzərdən keçirir.

Məlumat çatışmazlığı səbəbindən EMA hələlik “Sputnik V”nin qeydiyyatının konkret tarixlərini açıqlaya bilmir: “Şirkətlərlə kifayət qədər konstruktiv danışıqlar apardıq, lakin tədricən yoxlama prosedurunda irəliləyişə nail olmaq üçün daha çox məlumata ehtiyacımız var”.

Xatırladaq ki, RDIF yanvarın 29-da AB-də vaksin qeydiyyatı üçün ərizə verib.

EMA-da yalnız dörd peyvənd qeydə alınıb – “AstraZeneca”, “Johnson & Johnson”, “Pfizer/BioNTech” və “Moderna”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button