İqtisadiyyat

Nazirlikdən cavab: internetin qiymətini Rabitə Nazirliyi müəyyən etmir

Dövlət xidmətlərinin rəqəmsallaşdırılması, xidmət və mallar üçün nağdsız ödənişə keçid, “ağıllı” kənd və şəhərlərin yaradılması Azərbaycan hökumətinin prioritetləri olaraq elan edilib. Bunun üçün əhalinin ucuz və sürətli internetə çıxışı olmalıdır ki, hər kəs öz məsələlərini mobil tətbiqli telefondan istifadə ilə həll edə bilsin. Azərbaycanda mobil internetin sürəti və dəyəri Müstəqil Dövlətlər Birliyinin bir çox ölkələrindən daha aşağıdır.

Spidtest Qlobal İndeks-in məlumatına görə (2020), noyabrda Azərbaycan mobil internetin sürətinə görə il ərzində bir pillə geriləyərək 66-cı yerdə qərar tutub, kabel internetinin sürətinə görə isə 13 pillə geriləyib və 117-ci yeri tutub.

2020-ci ildə Azərbaycan 125 ölkə və ərazi arasında internet-ticarətin inkişaf səviyyəsinə görə 65-ci yeri tutub. Bu məlumatlar Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının çərşənbə günü Cenevrədə dərc edilmiş illik məruzəsində yer alıb.

İstifadəçilər üçün mobil internetin qiyməti mühüm göstərici olaraq qalmaqdadır. 2020-ci ildə postsovet ölkələri arasında 1 Meqabit/saniyə internetin qiyməti Azərbaycanda Özbəkistan və Tacikistandan ucuz, digər ölkələrdən baha olub (mənbə: www.stat.gov.az).

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində ekspert Əbdül Qəhrəmanzadə Turana müsahibəsində bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda internetin qiymətinin düşməsini təmin edən tədbirlər həyata keçirməlidir. Su, qaz və elektrik enerjisi üçün ödəniş etdiyimiz kimi, sayğac göstəricilərinə görə ödənişə keçməyin vaxtı çatıb. Bunsuz hökumətin rəqəmsallaşmanın növbəti səviyyəsinə (“elektron hökumət) çıxmaq niyyəti baş tutmayacaq.

Turan internetin bahalığının səbəbləri haqqında sualı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ünvanlayıb. Cavab məktubunda nazir müavini Elmir Vəlizadə bildirib ki, Telekommunikasiya haqqında qanuna əsasən, bəzi istisnalarla, telekommunikasiya xidmətlərinə görə tarif məsələləri və ödəniş qaydaları provayderlər-operatorlar tərəfindən həll olunur.

Vəlizadə xatırladıb ki, 2000-ci ildən Azərbaycanda provayder xidmətlərinin göstərilməsi üçün lisenziya olması tələb olunmur, internetin tarifini isə müqavilə bağlayan şirkət və istehlakçı müəyyən edir. Mübahisəli hallarda tərəflər məhkəməyə müraciət edə bilərlər.

Amma həqiqət fərqlidir. Azərbaycanın ən böyük internet-provayderi – Aztelekom Məhdud Məsuliyyətli Cəmiyyəti Rabitə Nazirliyinə məxsusdur – bu barədə nazirliyin saytında bildirilir (https://mincom.gov.az/az/view/organization/4/). Deməli, bu şirkətdə internet tarifini məhz dövlət endirə bilər, onun ardınca isə rəqiblər də xidmətləri ucuzlaşdıracaq.

Avirtel şirkətinin hüquqşünasının məhkəmədə bildirdiyinə görə, Aztelekom dövlət provayderi dövlətin imkanlarından istifadə edərək, istehlakçı bazarını qanunsuz olaraq ələ keçirib və Avirtel-i bazardan sıxışdırıb çıxarıb (2020).

Həmçinin, Azeurotel özəl şirkəti internet bazarından sıxışdırılıb çıxarılıb. 2019-cu ildə, jurnalist Kamal Əli Bakıda evə qayıdarkən qapısının ağzında montyor Azeurotel-in kabellərini sökür və Aztelekomun aparatlarını quraşdırırdı. İstehlakçıdan provayderin dəyişdirilməsi üçün razılıq istəməmişdilər, ona və qonşularına könüllü olaraq bir provayderdən digərinə keçid haqqında hazır mətnləri imzalamaq üçün Azeurotel-ə getməyi təklif ediblər. Həmin vaxtdan etibarən bina sakinləri internet üçün ayda 5 manat artıq ödəyirlər.

Bənzər yazılar

Back to top button