Hadisə

Azərbaycanda daha bir vəzifəli şəxsin intim görüntüləri yayıldı

Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirlinin pornoqrafik görüntüləri yayılıb.

Musavat.com xəbər verir ki, bu barədə videgörüntülər sosial şəbəkələrdə paylaşılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun, Gürcüstan parlamentinin azərbaycanlı deputatı Ruslan Hacıyevin də intim görüntüləri yayılmışdı.

Maraqlıdır ki, hər üç şəxsin görüntülərinin çəkilmə mexanizmi eynidir.

Əvvəlcə gözəl görünüşlü bir xanıma məxsus profildən dostluq göndərilir. Sonra həmin xanım tanış olmaq istədiyini bildirir və çılpaq formada görüntülü zəng edir. Bu zaman danışıq qeydə alınır. Prosesdən sonra həmin video ilə tora salının şəxsdən pul tələb olunur. Pul verilmədikdə isə onun video sosial şəbəkələrdə yayılır.

Bənzər yazılar

Back to top button