Siyasət

Kərim Vəliyev Türkiyəyə getdi

Azərbaycanın Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyədə rəsmi səfərdədir.

Müdafiə Nazirliyindən AzToday.az-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyənin hərbi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.

Görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin ilk xarici səfəri məhz qardaş Türkiyəyə həyata keçirilir. Səfər sentyabrın 14-dək davam edəcək.

Bənzər yazılar

Back to top button