CəmiyyətDünya

Çinli viroloqdan koronavirsla bağlı pis xəbər

“Noyabrda koronavirusun yeni dalğası yayıla bilər”.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bunu çinli viroloq Zenq Venhonq deyib. O, yay fəslində pandemiyanın tamamilə dayandırıla bilməyəcəyini ifadə edib:

“Epidemiya Cənubi Amerika, Afrika və Cənub-şərqi Asiya ölkələrində də müşahidə olunur. Bu səbəbdən mövcud modelə örə qış gələndə yenə hamı evində oturacaq”.

Qazanılan təcrübə sayəsində yeni dalğanın birinci qədər böyük olmayacağını vurğulayan Zenq tibbi ləvazimat çatışmalığından Afrika və Cənubi Amerika ölkələrinin çətinlik çəkəcəyini bildirib.

Çinli viroloq həmçinin əlavə edib ki, epidemiya üzərində nəzarətin əldə olunması Çin, ABŞ və ya Avropadan deyil, pandemiya ilə mübarizədə daha az təcrübəsi olan ölkələrin necə mübarizə aparacaqlarından asılı olacaq.

Bənzər yazılar

Back to top button