Sağlamlıq

ÜST: “Virus uzun illər həyatımızda qala bilər”

Koronavirus, onun mutasiya olunmuş formaları və yeni ştamlara qarşı peyvəndin etibarlı olması şübhə altındadır.

AzToday.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge bildirib.

İkili doza vaksinin koronavirusa 70 faiz son qoya biləcəyini ifadə edən Klüge yeni ştamların mövcudluğuna təsir edib-etməyəcəyinin şübhə doğurduğunu əlavə edib.

ÜST rəsmisi hazırda sürətlə yayılmaqda olan delta ştamına qarşı daha tutarlı peyvəndin hazırlanmasının zəruriliyini vurğulayıb.

“Virusun qrip kimi uzun illər həyatımızda qala biləcəyini nəzərə alsaq, peyvənd strategiyamızı da buna uyğunlaşdırmalıyıq”, – Klüge əlavə edib.

ÜST-ün regional direktoruna görə, hökumətlər də tezliklə yeni strategiyalar təyin etməlidirlər. Əks təqdirdə, bütün dünyanı uzun müddət çətin günlər gözləyir.

Bənzər yazılar

Back to top button