İdman

“Real” 22 yaşlı türkü transfer edir

Yayda “Trabzonspor”dan “Lill”ə 16,5 milyon avroya transfer olunan Yusuf Yazıcı karyerasını “Real”da davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, Madrid klbunun nümayəndələri bu gün keçiriləcək Türkiyə – İslandiya oyununda gənc futbolçunu canlı izləyəcək. Məlumata görə, “Real” Yusuf Yazıcını hələ “Trabzonspor”da oynayarkən izləyib. Lakin transfer son anda baş tutmayıb.

Bldirilir ki, “Real” rəhbərliyi bu dəfə türk futbolçunu əldən qaçırmaq istəmir. Artıq baş məşqçi Zinəddin Zidan da onun alınmasına razılıq verib.

Qeyd edək ki, Yusuf Yazıcı “Lill”də keçirdiyi 16 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” 22 yaşlı yarımmüdafiəçiyə 16 milyon avro qiymət qoyub.

Bənzər yazılar

Back to top button