GündəmİqtisadiyyatManşet

Muxtar Babayevin diqqətinə: Ekoloji korrupsiya faktlarla ifşa olunur (VİDEO, FOTO)

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi son zamanlarda 2016-2019cu illərdə əkilmiş 141 hektar “meşə əkinini” batmış elan edib.

AzToday.az xəbər verir ki, bu barədə “ecofront” faktlarla məlumat yayıb.

“Ecofront”un məlumatında deyilir ki, büdcəyə böyük ziyan dəyib: “İllərlə “naryad” yazılıb. İndi isə batmış elan edilib. Büdcəyə dəymiş ziyan isə gizlədilir və ödənilmir. Bu cinayətlərin üstünü açan Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin kadastr mütəxəssisi Ağayev Kərəm isə işdən qovulub. Adamın işdən çıxarılma ilə bağlı əmrini də vermirlər. Deyiblər ki, gəl Bakıya Namik Xıdırovub hüzuruna ordan götür. Ekologiya və Təbii Sərvətləri Nazirliyi özünü quldur dəstəsi kimi aparır.

Ağayev Kərəmin hüquqlarının müdafiəsini və maddi təminatına köməyi ecofront olaraq gücümüz çatan qədər qarşılamağa çalışacağıq. Ayrı vaxt məmur özbaşınalığından şikayət edir. Bu cinayətlərə şərik olmayan, üsyan edən bir dövlət qulluqçusunun hüquqlarını qoruya bilməsək bizə cəmiyyət olaraq baş ucalığı gətirməz”.

Bənzər yazılar

Back to top button