İdman

Mourinyo 1000-ci rəsmi matçından danışdı: “Özümü 12 yaşımdakı kimi hiss edirdim”

A seriyasının 3-cü turunda “Sassuolo” ilə matç “Roma”nın baş məşqçisi Joze Mourinyo üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, sözügedən oyunla 58 yaşlı mütəxəssis karyerasındakı 1000-ci rəsmi matç keçirib. Mourinyo bununla bağlı açıqlamasında deyib:

“Hamıya karyeramda 1000-ci oyunu keçirməyimin mənim üçün vacib olmadığını dedim. Amma yalan söyləmişəm. Belə görüşdə uduzmaqdan çox qorxurdum. Ancaq mən şanslıyam. Çünki qalib gəlmişik. Oyun başa çatandan sonra uşaq kimi qaçdım. Özümü 12 yaşımdakı kimi hiss edirdim”.

Qeyd edək ki, Mourinyo karyerası ərzində “Real”, “Mançester Yunayted”, “Çelsi”, “İnter”, “Tottenhem” kimi komandalara baş məşqçilik edib.

Bənzər yazılar

Back to top button