İdman

İngiltərə klubu Messinin transferi üçün 400 milyon avro ödəməyə hazırdır

İngiltərənin “Mançester Siti” klubu “Barselona”nın futbolçusu Lionel Messinin transferi üçün rekord məbləğ,  400 milyon avro ödəməyə hazırdır.

Aztoday.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İspaniyanın “As” qəzeti yazıb.

Bildirilir ki, İngiltərə klubu mümkün transferlə bağlı bütün müvafiq sənədləri hazırlayıb. Messinin “Barselona” ilə müqaviləsi 2018-ci ilin yayında bitir.
Qeyd edək ki, cari mövsümdə Argentina millisinin kapitanı “Barselona”nın heyətində 11 matçda 14 qol vurub.

Bənzər yazılar

Back to top button