İdman

“Neymarsız oynamağı öyrənməliyik” – Braziliya millisinin yeni çalışdırıcısı

Braziliya millisinin yeni baş məşqçisi Dorival Junior ulduz hücumçu Neymarın 2024-cü ildə keçiriləcək Amerika Kubokunda iştirakının sual altında olmasını şərh edib.

Fanat.az xəbər verir ki, “Globo” təyinatı bu həftə reallaşan çalışdırıcının dediklərini belə çatdırıb:

“Braziliya Neymarsız oynamağı öyrənməlidir, çünki indi o, zədəlidir. Amma biz dünyanın ən yaxşı 3 oyunçusundan birinə sahibik. O, sağaldıqdan sonra ona arxalanacağıq”.

Xatırladaq ki, Neymar oktyabrda beynəlxalq fasilə zamanı çarpaz bağ və meniskindən ağır zədə alıb və bu səbəbdən əməliyyat olunub. Beləliklə, uzun müddətə sıradan çıxan braziliyalı yeni klubunda – 90 milyon avroya başa gəldiyi Səudiyyə Ərəbistanı “Əl-Hilal”ında cəmi 5 oyun keçirib (1 qol + 3 məhsuldar ötürmə).

Bənzər yazılar

Back to top button