Mədəniyyət

Həyat yoldaşı: “Yaqub Zurufçunun vəziyyəti ağırdır”

Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu “Report”a bildirib ki, sənətçinin vəziyyəti ağırdır.

“Səhər həkimlə danışdım. Yaqubun vəziyyətinin ağır olduğunu bildirdilər”, – o qeyd edib.

Qeyd edək ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub və “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdirilib. Müğənni süni nəfəs aparatına qoşulub.

Bənzər yazılar

Back to top button