Bizim seçimDünya

100 min erməni Rusiya vətəndaşlığını qəbul edib

Bu həmin dövrdə Ermənistanda qeydə alınan təbii artımdan iki dəfə çoxdur

Son illərdə Rusiyada vətəndaşlıq verilməsinin ciddi dərəcədə asanlaşdırılması ilə əlaqədar Ermənistan sakinlərinin maraqlı tendensiyası müşahidə olunur.

AzToday.az “News.am” saytına istinadən xəbər verir ki, işağlçı Ermənistandakı bir çox insan, yaşadıqları ölkəni qanuni olaraq dəyişdirmək üçün bu fürsəti əldən verməyib. Sayt yazır ki,
Erməni vətəndaşlarının öz ölkəsindən imtina etmələri barədə qərar qəbul etmələrinin səbəbləri hamıya məlumdur: Rusiyada Ermənistandan fərqli olaraq iş tapmaq daha çox qazanmaq nisbətən daha asandır.Yaşlı vətəndaşların Ermənistandan getməsini isə Rusiyada daha yüksək pensiya cəlb edir. Əlbəttə ki, digər səbəblər var.

Erməni KİV-də yer alan rəqəmlər də yaxın illərdə bu ölkədə əhalinin əksəriyyətinin Rusiya vətəndaşı ola biləcəyi ehtimalını ortaya çıxarır. Belə ki, rəsmi mənbələrə istnad edən saytın məlumatına görə, ötən il Ermənistanın 24 mindən çox vətəndaşı Rusiya vətəndaşlığını qəbul edib. Bu keçmiş SSRİ respublikaları arasında rekord olmasa da, 2 milyonluq Ermənistan üçün böyük göstəricidir. Hazırda Rusiya vətəndaşlığını qəbul edənlərin sayına görə, Ukrayna, Qazaxıstan və Tacikistandan sonra Ermənistan 4-cü yerdədir.

2016-2019-cu illər ərzində Rusiya vətəndaşlığını qəbul etmiş vətəndaşların sayı ümumi şəkildə 98,6 min nəfər olub. Yəni son 4 ildə Ermənistandan, demək olar ki, 100 min nəfər, əhalinin 3,3% -dən çoxu artıq Rusiya vətəndaşı olub.
Rəsmi məlumatlara görə, 2016-2019-cu illərdə Ermənistanın daimi əhalisi 39,4 min nəfər (və ya 1,3%) azalıb. Eyni dövrdə əhalinin ümumi təbii artımı 43,7 min nəfər təşkil edib. Bu göstərici Rusiya vətəndaşlığını qəbul edənlərin sayından nəzərə çarpacaq dərəcədə aşağıdır. Bundan əlavə, əhalinin təbii artım dinamikasında yavaşlama tendensiyası müşahidə edilir. Belə ki, əgər 2016-cı ildə təbii artım 12,4 min nəfər idisə, 2019-cu ildə – 9,9 min nəfər olub. Yəni Ermənistanda 1 il ərzində cəmi 10 min nəfər artır, əvəzində 1 ildə təkcə Rusiyaya gedənlərin sayı 24 mindən çoxdur.

Qeyd edək ki, dörd il ərzində, Ermənistanın bütün bölgələrində, istisnasız olaraq, əhalinin sayı azalıb. Bununla əlaqədar, Şirak (azalma 12,0 min nəfər və ya 4,9%), Lori (11,8 min nəfər və ya 5,2%) və Araqatsotyun (5,1 min nəfər və ya 3,9%) vilayətlərində ciddi azalma müşahidə edilib. Paytaxtda artım müşahidə edilib – 10,3 min nəfər (və ya 1,0%). Burada, görünür, respublika daxilində əhali miqrasiyası və bölgələrin sakinlərinin paytaxta axını əsas rol olynayıb.

Əlbəttə ki, Ermənistan sakinlərinin miqrasiya coğrafiyası yalnız Rusiya ilə məhdudlaşmır. Ancaq indi bu, vətəndaşların axınının ən genişmiqyaslı istiqamətidir. Digər bir istiqamət də Rusiya istiqamətindən xeyli aşağı olsa da, “Yaşıl kart”ına görə ABŞ-dır.
Məlum olduğu kimi, Rusiya əlverişsiz demoqrafik vəziyyətə görə ölkəyə immiqrasiyanı stimullaşdırır. Mümkündür ki, bununla əlaqədar Rusiya vətəndaşlığını almaq proseduru daha da sadələşdiriləcək. Miqrantlar üçün əlavə güzəştlər verilə bilər. Bu halda Ermənistan kimi səfalət işərisində olan ölkələrdən Rusiya vətəndaşlığını əldə etmək istəyənlər daha da çoxalacaq. 4 ildə 100 əhali Ermənistanı tərk edibsə, növbəti 4-5 ildə bunun 200 minə qədər artacağıa da gözlənilir.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button