Gündəm

Qarabağ qəhrəmanlarının adları dərsliklərdə yer alacaq (RƏSMİ)

“Hansı qəhrəmanın hansı dərsliyin üz qabığında yer tutmasını indidən demək doğru olmaz”.

Bunu Qaynarinfo-ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov topçu, 19 yaşlı Vüsal Şahkərimovun şəkilinin 11-ci sinif tarix kitablarının üzlüyündə yer alması ilə bağlı sosial şəbəkədə yayılan məlumata aydınlıq gətirərkən deyib. Cəsarət Valehov bildirib ki, Vüsal Şahkərimov da daxil olmaqla Azərbaycanın yüzlərlə qəhrəmanı var:

“Onların hər birinin haqqında hekayələr yazılacaq, təqdimatlar olacaq. Bu movzular üzərində xüsusi iş aparılacaq. Onların hər birinin qəhrəmanlığı haqqında dərsliklərdə mövzular işləniləcək. Bu, hələ tam formaya salınmış məsələ deyil. Biz hələ işimizi bitirməmişik”.


Cəsarət Valehov qeyd edib ki, Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən döyüşçülərin həyat yolu ilə bağlı mövzuların öyrənilməsi prosesi davam edir:

“Bizə bunun üçün bir müddət lazım olacaq. Onlarla bağlı aparılan bütün işlər tam araşdırılandan sonra hansı qəhrəmanın hansı dərslikdə yer alması dəqiqləşəcək”.

Bənzər yazılar

Back to top button