Hadisə

GƏNCƏNİN BAŞÇISI SƏKİDƏ “ZƏFƏR BULAĞI” TİKMƏYƏ BAŞLADI, İŞ DAYANDI

Gəncənin icra başçısı Niyazi Bayramovun tikdirmək istədiyi “Zəfər bulağı”nın işi yarımçıq qalıb.

Tia.az-ın xəbərinə görə, buna səbəb bulağın səkinin üstündə tikilməsinə başlanması olub. Gəncə camaatı tərəfindən edilən şikayətlərdən sonra icra başçısı bulağın səki üstündə tikilməsindən vaz keçib. Sakinlər haqlı olaraq soruşublar ki, Gəncədə bir normal yer ayırmaq mümkün deyildimi, bulağı səkidə tikirlər?! Bu narazılıqlardan sonra N. Bayramov fikrindən daşınıb və indiyə qədər bulağın tikintisi üçün yeni ərazi ayrılmayıb.

Bənzər yazılar

Back to top button