GündəmManşetSağlamlıq

Məşhur türk həkim koronavirus haqda danışdı: “Uzun bir savaş olacaq”

Pfizer–BioNTech peyvəndinin müəlliflərindən biri olan Uğur Şahin COVİD-19 virusuna qarşı peyvəndin kəşf edilməsinə baxmayaraq koronavirus təhlükəsinin qaldığını bəyan edib. BioNTech şirkətinin qurucusu bu təhlükəni virusun mutasiya etməsi ilə izah edib. Koronavirusun bəşəriyyət üçün nə zamana kimi təhlükə olaraq qalacağını bilmədiyini söyləyən Uğur Şahin belə deyib: “Virüs mutasyona uğramaya devam edecek. Uzun bir savaş olacak”.

Rusiyalı mütəxəsislər isə tezliklə dördüncü dalğanın hər yanı bürəyəcəyi ilə bağlı xəbərdarlıq ediblər. İnkişaf etmiş ölkələr isə çıxış yolunu sürətlə peyvənd olunmaqda görürülər. Kanada və Böyük Britaniyada 18 yaşından yuxarı olanların 70 faizi, İsraildə 65 faizi, Fransa və İtaliyada 63 faizi, Almaniyada 61 faizi, Avstriyada 60 faizi, ABŞ-da 55 faizi peyvənd olunub.

Ötən ayın 16-da COVİD-19 virusu testim pozitiv çıxdı. Ancaq aprel ayında peyvənd olunmağım xəstəliyi çox yüngül, demək olar ki hiss etmədən keçirməm imkan verdi. Şəxsi təcrübəmdən və inkişaf etmiş ölkələrin peyvəndlə bağlı siyasətindən çıxış olaraq təhlükəli virusa qarşı peyvənd olunmanın alternativi olmadığına inanıram. Buna görə hər kəsi peyvənd olunmağa çağırıram. Uğur Şahin demişkən koronavirusla savaş uzun çəkəcək.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button