İdman

Ronald Kuman göndərilir? – Namizədlər açıqlandı

“Barselona”nın Çempionlar Liqasında qrup mərhələsinin I turunda “Bayern Münhen”ə (0:3) məğlubiyyəti klubun prezidenti Joan Laportanı məyus edib.

Fanat.az “ABC” nəşrinə istinadən xəbər verir ki, növbəti uğursuzluqlarda klub rəhbərliyi baş məşqçi Ronald Kumanla (Ronald Koeman) yollarını ayıracaq.

Mənbə “Barselona”nın baş məşqçi postuna namizəd adları da açıqlayıb. Bunlar Luiz Enrike (Luis Enrique), Xavi və Roberto Martinesdir (Roberto Martinez).

Xatırladaq ki, 58 yaşlı Kumanın “Barselona” ilə müqaviləsinin müddəti 2022-ci ilə qədər nəzərdə tutulub.

Bənzər yazılar

Back to top button