Hadisə

Azərbaycan polisi Xankəndinə girən iki iranlını saxladı (RƏSMİ)

Azərbaycan polisinin Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünü saxlanılması ilə bağlı məlumatlar yayılıb.

AzToday.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, saxlanlan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə giriblər:

“Ermənistan ərazisindən yük daşımaq məqsədi ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Azərbaycanın aidiyyatı dövlət qurumlarının əməkdaşları tərəfindən saxlanılıblar. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək”.

Bənzər yazılar

Back to top button