Hadisə

“Azəravtoyol”un sədr müavininin yeni nəhəng “obyekt”i

“Azəravtoyol” ASC-nin sədr müavini Əvəz Qocayev paytaxtın 7-ci mikrorayon ərazisi Cəfər Xəndan küçəsində nəhəng bir obyektin tikintisinə start verib.

Xəbərinfo.de-nin əldə etdiyi məlumata görə, həmin küçədəki bir çox obyektlər məhz Əvəz Qocayevə məxsusdur. Əvəz Qocayevin tikintiyə başlamağa hazırlaşdığı yer əsasən “Ocaq” restoranının ərazisinə düşür.

Yəni dövlət məmuru bir obyektini soküb, yerində bir başqasını tikəcək. Artıq həmin ərazi söküntü üçün hasarlanıb. Bu işlərə məmurun biznes şəriklərindən olan Namiq adlı şəxs rəhbərlik edəcək.

Bizim Namiq müəllimlə əlaqə saxlayıb vəziyyətlə bağlı ətraflı məlumat almaq cəhdlərimiz alınmadı. Əvəz Qocayevin adı indiyə qədər bir çox korrupsiya əməllərində hallanıb.

Onu hətta “Azəravtoyol”un “qara kassa”sı da adlandırırlar. Təbiidir ki, bir məmur aldığı əməkhaqqı ilə özünə belə səltənət yarada bilməz. Yəqin Əvəz Qocayev korrupsiya yolu ilə əldə etdiyi külli miqdarda vəsaiti bu üsulla biznesə yatırıb, leqallaşdırmaq istəyir.

Bənzər yazılar

Back to top button