Dünya

“Aİ Ukraynaya 50 milyard avroluq yardımı təsdiq edə bilmədi”

“Aİ sammiti növbəti dörd il ərzində Ukraynaya 50 milyard avroluq büdcə yardımı proqramını təsdiq edə bilmədi, lakin 2024-cü ilin yanvarında konsensusun əldə olunacağını gözləyir”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Avropa Şurasının rəhbəri Şarl Mişel sammitin ilk gününün yekunları ilə bağlı jurnalistlərə açıqlama verərəkən deyib.

“Bugünkü görüşümüzü yenicə bitirdik. Biz uzunmüddətli yardım proqramını müzakirə etdik və sizi əmin etmək istəyirəm ki, 26 lider bu proqramın bütün komponentlərini dəstəkləyib. Burada Ukraynaya dəstək, həmrəylik fondu, müdafiənin bütün komponentləri var. Yanvarda bu mövzuya qayıdacağıq və əminəm ki, konsensusa nail olacağıq”, – deyə Mişel əlavə edib.

O yalnız bir ölkənin, Macarıstanın bu proqrama qarşı çıxdığını vurğulayıb.

Mişel həmçinin qeyd edib ki, Avropa İttifaqı Avropa və Ukrayna vətəndaşlarına çox güclü siqnal göndərib:
“Belə ki, Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlamaq qərarına gəlib”.

Bənzər yazılar

Back to top button