Cəmiyyət

FHN hava şəraitinin kəskin pisləşməsi zamanı təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb

Fövqəladə Hallar Nazirliyi 16 sentyabr axşamdan başlayaraq hava şəraitinin kəskin pisləşəcəyilə əlaqədar əhaliyə müraciət edib.

Belə ki, qeyd olunan vaxtdan və ayın 18-i günortayadək Azərbaycan ərazisində güclü külək əsəcəyi, leysan yağacağı, şimşək çaxacağı, dağ çaylarında sel olacağı gözlənilir.

Əhali təhlükəsizlik tədbirləri görməyə, reklam lövhələri, müvəqqəti tikililər və yüngül konstruksiyalardan uzaq durmağa, elektrik dirəkləri və naqillərin, böyük ağacların altında dayanmamağa çağırlır.

İldırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, açıq havada elektrik xətti, ildırım ötürücüsü, navalça və antenalara yaxınlaşmamaq tövsiyə olunur.

Bənzər yazılar

Back to top button