İdman

Dünya şöhrətli futbolçudan Azərbaycana dəstək: “Şəhidlər ölməz, vətən bölünməz!”

“Səbail” klubundan ayrılan ulduz futbolçu Maykl Essyen Azərbaycanla vidalaşıb.

Qaynarinfo xəbər verir ki, 38 yaşlı qanalı yarımmüdafiəçi “Instagram” hesabından paylaşım edib.

Essyen Azərbaycanda oynamasının onun üçün xoş olduğunu bildirib: “Yenidən görüşənədək güclü və sağlam qalın”.

Bir neçə gündü Azərbaycan – Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gedən döyüşlərdə şəhid olan hərbi qulluqçularımızı da unutmayan futbolçu bu sözləri yazıb: “Şəhidlər ölməz, vətən bölünməz”.

Qeyd edək ki, Maykl Esyen 2019-cu ilin martından “Səbail”də çıxış edirdi. Qanalı futbolçu karyerası ərzində Fransanın “Bastiya”, “Lion”, İngiltərənin “Çelsi”, İspaniyanın “Real”, İtaliyanın “Milan”, Yunanıstanın “Panatinaikos” və İndoneziyanın “Persib Bandunq” klublarında çıxış edib.

Bənzər yazılar

Back to top button