Cəmiyyət

Məşhur yazıçıdan deputata tutarlı CAVAB: “Deputatın aşıb-daşan sərvətinin yanında təbii ki, 54 manat heç nədir”

Tanınmış yazıçı Varis millət vəkili Eldar Quliyevə son müsahibəsinə görə sərt münasibətini bildirib.

Konkret.az xəbər verir ki, yazıçı-publisist bununla bağlı deyib:

“Deputat, “Azərittifaq”ın sədri, Kooperasiya Universitetinin sahibi Eldar Quliyev çörəyin və benzinin bahalaşması barədə deyir: “Dövlətin xərcləri çoxdur, 15 qəpiklə heç kim kasıblamaz, dövlətin xərclərini ödəmək lazımdır”.

Əvvəla, söhbət 15 qəpikdən getmir, orta statistik ailə gündə 4 çörək istehlak edirsə, gündə 60 qəpikdən bu, bir aya 18 manat eləyir. Gündə minimal 8 litr benzin istifadə edən şəxs üçünsə bu bahalaşma ayda 36 manat eləyir. Üst-üstə 54 manat. Plyus, onsuz da hər gün hər bir ərzaq, sənaye malları, dərmanlar qəpik-qəpik bahalaşır, kommunal xərclər – qaz, işıq, su pulu hər dəfə qalxmaqdadır. Əhali bütün bunlara nəyin bahasına dözüm gətirir, göz önündədir.

Eldar Quliyevin deputatlıq, “Azərittifaq”a sədrlik və özəl universitetə sahiblikdən qazanılan, aşıb-daşan sərvətinin yanında təbii ki, 54 manat heç nədir, eləcə də onun kimilərinin. Ona görə də onlar istehza və ironiya ilə yanaşırlar qiymət artımına, “15 qəpiklə heç kim kasıblamaz” deyirlər, pandemiyadan və müharibədən sonra dövlətin xərclərinin artması müqabilində əhalinin bu xərcləri qarşılamalı olduğunu bəyan edirlər.

Səfa onların, cəfa xalqın”.

Bənzər yazılar

Back to top button