FETO Azərbaycanda Elnur Abdullayevlə DİRİLİR?

Print Friendly, PDF & Email

Azərbaycanda Fətullah Gülən və onun yaratmış olduğu təriqətə sitayiş edənlər bir il əvvəl dövlətin müxtəlif orqanlarından sökülüb atılsalar da, bu şəbəkənin imamları, təriqətin biznes qolunda yer alan biznesmenlər FETO-ya olan bağlılıqlarından MASKALANARAQ Pensilvaniyadan gələn əmr üzrə yeraltı hücrələrə çəkildilər

Deyəsən çaylar-sellər axdı və FETO Azərbaycanda yenidən XORTLAMAĞA çalışır. Son günlər bu şəbəkənin nəzarətində olan media orqanlarının sayı da artmaqdadır. İddalara görə, FETO-nun DEŞİFRƏ olunan imamı Elnur Aslanov Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən də uzaqlaşdırıldıqdan sonra, şəbəkə Azərbaycandakı qüvvələri içərisindən yeni İMAMI seçməli oldu.

Bu imam isə Elnur Abdullayevdir. Bu iddalara görə, Elnur Abdullayev bu gün onlarla internet media orqanına nəzarət edir və onlara qeyri-rəsmi maliyyə dəstəyi verməkdədir. Bundan başqa bu şəxsin FETO-ya bağlılığı birmənalıdır. Elnur Abdullayev bu gün hansısa vəzifə tutmasa belə, əvvəllər də bu şəxs nəzarətindəki media ilə Ziya Məmmədovun xidmətində idi və FETO mənsubu olduğunu bu yolla pərdələmişdi. Ortaya çıxan mənzərə ondan ibarətdir ki, Ziya Məmmədovun “vurulması”ndan sonra tutduğu vəzifədən uzaqlaşdırılan Elnur Abdullayev sabiq İMAM Elnur Aslanov kimi qınına çəkilib təyziqləri özündən uzaqlaşdırmır, əksinə, dirəniş göstərməkdə, bunu virtual mediada yeni saytlar və internet Tv-lər yaradaraq nümayiş etdirməkdədir.

Bundan başqa FETO İMAMI-nın təkcə Azərbaycanda deyil, ölkəndən kənarda da media ilə bağlı planlar qurduğu qeyd edilməkdədir. Hələlik Elnur Abdullayevin media projeləri çox gözəl kanfulə olunaraq çalışmaqdadır. Deməli, FETO Azərbaycanda təkcə XORTLAMAQLA kifayətlənməyib, həm də onlar dirənişə belə, start veriblər. (vətəninfo.az)