Siyasət

Dövlət Sərhəd Xidməti hərbi qulluqçularla görüşlərə məhdudiyyət qoydu

Dövlət Sərhəd Xidmətində xidmət edən hərbi qulluqçularla koronavirusla əlaqədar görüşlərə məhdudiyyət qoyulub.

Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirib ki, Azərbaycan Respublikası ərazisində Koronavirus (COVİD-19) pandemiyasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarlarına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüşlərin təşkilində tətbiq edilmiş məhdudiyyətlər qüvvədədir. Qeyd olunub ki, sərhəd mühafizə qurumlarında “COVİD-19” infeksiyasının yayılmasının qarşısının alınması üzrə fəaliyyətlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin birləşmələrində hərbi qulluqçularının koronavirus əleyhinə vaksinasiyası davam etdirilir.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button