Cəmiyyət

Ölkəmizdə tələbə adı qazanan əfqanlar ölkəmizə necə gələcək? (AÇIQLAMA)

“Təhsil Nazirliyi Azərbaycan universitetlərinə qəbul olan əfqan tələbələrin ölkəyə necə gəlməsi məsələsinə münasibət bildirib”.

Qaynarinfo-nun məlumatına görə, “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov bildirib ki, orada sərhədlər bağlıdır, səfirliklərin çoxunun da fəaliyyəti məhdudlaşdırılıb:

“Biz hazırda Əfqanıstanın müvafiq təmsilçiliyi ilə Azərbaycana qəbul olan əfqan tələbələrin ölkəyə necə gələcəyini araşdırırıq. Əfqan tələbələrin bir hissəsi ölkəmizdədir. Amma bizi daha çox maraqlandıran yeni qəbul olunan tələbələrin necə olacağı məsələsidir? Məsələn, Azərbaycan Dillər Universiteti 10 yeni əfqan tələbə cəlb edibsə, onlar ölkəyə necə gələcək?

Hazırda Əfqanıstan Azərbaycanla sərhədi açıq olan 42 ölkə sırasında deyil. Biz hətta Afrikanın hansısa ölkəsindən qəbul olan 1 tələbənin də gəlməyində maraqlıyıq, çünki xarici tələbənin cəlb edilməsi eyni zamanda investisiyadır. Çünki burada yaşayır, pul xərcləyir. Bu konteksdə hələ ki, bizə dəqiq məlumat verilməyib. Biz bilmirik ki, onlar gələ biləcək, ya yox, gəlsə, hansı şərtlərlə gələcək və nə vaxt gələcək. Ona görə də biz gözləmə mövqeyindəyik”.

O qeyd edib ki, Azərbaycandan Əfqanıstana təhsil almaq üçün gedən tələbə yoxdur.

Bənzər yazılar

Back to top button