AnalitikaDünyaManşet

Sergey Lavrov rəsmi səfərlərə sevgilisi ilə gedir, o cümlədən Azərbaycana da… – VİDEO

Aleksey Navalnı həbsdə olmasına baxmayaraq onun komandası Rusiya məmurlarının korrupsiya əməllərindən və şəxsi həyatlarındakı məşuqələrindən, onların dövlət işlərinə cəlb edilməsindən, qanunsuz səfərlərindən və zəngin mülklərindən məlumatları sosial şəbəkələrdə və Youtube kanallarında yaymaqda davam edirlər.

Bu dəfə hədəfdə RF XİN rəhbəri Segey Lavrovdur. Dünəndən bəri Youtube-də Lavrovun sevgilisi Svetlana Polyakova adlı bir qadın haqqında yayılan video materiala artıq 3 milyondan yuxarı baxış olub. Svetlana Polyakova rəsmən RF XİN – də işləməsə də, demək olar ki, Rusiyanın baş diplomatını bütün səfərlərdə müşayət edir. Videomaterialda onun 60-dan çox ölkəyə, o cümlədən Azərbaycana da Sergey Lavrovla birlikdə gəldiyi məlum olub. Azərbaycanda olarkən məşhur azərbaycanlı rəssam Sakit Məmmədovla görüşləri və üçlükdə foto çəkdirdikləri də videomaterialda yayılıb.

Ümumiyyətlə, məlum olur ki, Lavrov xarici səfərlərə yalnız Svetlana Polyakova ilə deyil, onun gənc qızı ilə də gedir, bəzən isə qeyri-rəsmi qaynanası ilə də. Materialda bu xanımın bahalı səfərləri, yaxta istirahətləri, xüsusilə Türkiyə sahillərində uzunmüddətli gəzintiləri də yer alıb.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Moderator.az

Bənzər yazılar

Back to top button