Dünya

ABŞ polisi yüzlərlə insanın həyatını xilas edən azərbaycanlını mükafatlandırdı (FOTO/VİDEO)

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub.

AzToday.az “Report”a istinadən xəbər verir ki, ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında yerli ABC7 telekanalı süjet hazırlayıb.

Xəbərdə bir cinayətkarın hazırladığı terror planından və F.Məmmədovun həmin planı at-üst edən qəhrəmanlığından bəhs olunur. Belə ki, F.Məmmədov iyulun 9-da gecə yarısı müşahidə kamerasında gördüyü terrorçu haqqında 911-ə zəng edərək ABŞ polisinə məlumat verib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Hadisə yerinə gələn polis əməkdaşları avtomobilində müxtəlif markalı tüfənglər, tapança, əl qumbaraları, narkotik vasitələr gizlədərək kütləvi atəş planı hazırlayan təhlükəli cinayətkarı həbs edib. Polis hesab edir ki, Fərrux Məmmədovun zəngi yüzlərlə insanın həyatını xilas edib. Kempbell Şəhər Polis İdarəsi həmyerlimizə təşəkkür edib.

blob:https://abc7news.com/481a03ef-34b9-42f3-9ae1-5b3fc69cf2ed

Bənzər yazılar

Back to top button