İdman

“Ronaldu at peyini yesə, mən də…”

“Birmingem”in hücumçusu Troy Dini (Troy Deeney) “Mançester Yunayted”in qapıçısı Li Qrantın (Lee Grant) komanda yoldaşı Kriştianu Ronaldu (Cristiano Ronaldo) ilə bağlı açıqlamasına münasibət göstərib.

Fanat.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, qapıçı Ronaldunun qida rasionu barədə danışıb.

Troy Dininin isə məsələyə münasibəti maraqlı olub: “Ronaldu nə yeyirsə yesin, mən də ondan yeməyə hazıram. O, at peyini yesə, mən də onu yeyərəm”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Xatırladaq ki, bu yay “Mançester Yunayted”ə transfer olunan Kriştianu Ronaldu 3 qolla yadda qalıb.

Bənzər yazılar

Back to top button