GündəmManşetSiyasət

Tehran keçmiş səfirin dili ilə mesaj göndərir – Ancaq yenə Xankəndinə yük daşımalarını inkar edir

İranın yeni hökumətinin elan etdiyi siyasət İranın Azərbaycana xarici siyasi yanaşmasını dəyişməyə imkan verir və Rəşt-Astara dəmir yolunun tikintisinin başa çatdırılması, bank, energetika, ticarət sahələrində çoxvədli əməkdaşlığın inkişafının, Xəzər dənizində qarşılıqlı fəaliyyətin təmin edilməsi kimi tədbirləri də əhatə edə bilər. Bu barədə İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pak Ayinin məqaləsində deyilir. Məqalə diplomatik missiyanın saytında dərc olunub.

Eyni zamanda iranlı diplomat hesab edir ki, “bəzi transregional oyunçular, etnomərkəzçilər və onlara bağlı KİV son həftələrdə iki ölkə arasında münasibətlərin zəifləməsi məqsədilə anlaşılmazlıq yaratmağa çalışıblar”.

“Təəssüf ki, bəzən Azərbaycan Respublikasının bəzi az sayda kütləvi informasiya vasitələri bu oyunun yoluna çıxıblar və əsaslandırılmamış xəbərləri dərc etməklə düşmənə fürsət veriblər “, – deyə diplomat gileylənib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bununla yanaşı, o, İran yük maşınlarının Qarabağa daşımalarını inkar etməyə çalışır.

“İran hakimiyyətinin dəfələrlə inkar etdiyi, bu ölkənin yük maşınlarının Qarabağ regionunda olması problemi həmin KİV-in iki ölkə arasında münasibətlərin zəifləməsinə yönəlmiş cəhdlərindən biridir. Bu təkrarlanan xəbərlərə istinadların əksəriyyəti kiberməkanda dərc edilmiş, etibarsız və xəbər dəyəri olmayan kontentə aiddir. Başqa sözlə, qeyri-formal və qeyri-hökumət kanallarından sitat gətirilməsi və iki ölkə arasında münasibətlər əleyhinə təbliğat əsasən bədxahlar tərəfindən ortaya çıxır və iki ölkə arasında artan münasibətlərin xeyrinə deyil”, – Mohsen Pak Ayin yazır.

Dağlıq Qarabağ problemilə bağlı İran İslam Respublikasının mövqeyi, xüsusən də inqilabın ali liderinin bununla bağlı bəyanatları tamamilə prinsipialdır və beynəlxalq standartlara uyğundur, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və İranın münasibətləri inkişaf etdirmək iradəsini nümayiş etdirir, Mohsen Pak Ayin vurğulayıb.

“Azərbaycan Respublikasının dost və qardaş hökumətinin ölkənin kütləvi informasiya vasitələri üzərində öz nəzarətini gücləndirəcəyi və strateji münasibətlərin pozulmasına yol verməmək üçün hər iki tərəfin iki dövlət arasında dostluq münasibətlərinə qayğı göstərəcəyi gözlənilir”, – diplomat fikrini yekunlaşdırıb. (Turan)

Bənzər yazılar

Back to top button