Siyasət

Rusiya hərbi gəmilərinin Bakı səfəri

Rusiya Xəzər donanmasının “Həştərxan” və “Anatoli Qujvin” gəmiləri şənbə günü Bakıya dostluq səfərinə gəliblər.

Səfər çərçivəsində Rusiya dənizçilərinin Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanlığı ilə görüşləri keçiriləcək. Görüşlər zamanı əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Bundan əlavə, Rusiya dənizçiləri tarixi və mədəni obyektlərlə tanış olacaq, Azərbaycan dənizçilərilə voleybol üzrə yoldaşlıq matçı keçirəcəklər. (Turan)

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button