Hadisə

“Sovetski etirazlarının” təşkilatçısı polisə aparıldı

“Sovetski etirazlar”ının təşkilatçısı Rüfət Məmmədov martın 3-də Polis İdarəsinə aparılıb.

Bu haqda Aztoday.az-a saxlanılan şəxs Rüfət Məmmədovun qardaşı Fuad Məmmədov məlumat veriv.

Fuad Məmmədovun sözlərinə görə, qardaşının hansı polis idarəsinə aparılması haqqında daha dəqiq məlutmata malik deyillər. Bu barədə Rüfət Məmmədovun ailəsin heç bir məlumat verməyiblər. Lakin onun polisə aparılmasının əsas səbəbi, “Sovetski” deyilən ərazidə aparılan söküntü işlərinə kütləvi etirazla bağlıdır. Qardaşım Rüfət Məmmədov insanları bu etiraza səsləməsi yerli icra orqanlarını və polisi narahat etdiyini edirdi: “Sakinlərin əsas tələbi verilən kompensasiyanın bazarın tələblərinə uyğun olmasıdır. Hakimiyyət qurumları isə yardımçı yaşayış sahələrə kompensasiyanı az vermək istəyir. Ona görə, sakinlər etiraz edir. Qardaşım da bu işdə fəallıq etdiyi üçün polis onu saxlayıb”.

Qeyd edək ki, Rüfət Məmmədov “Sovetski” məhəlləsinin sökülməsinə etiraz edən ilk şəxslərdən biri olub. “Sovetski”dən köçürülən sakinlərə verilən kompensasiyanın az olması ilə bağlı dövri mətbuatda çıxışlar edib. Bu isə yerli icra qurumlarını hövsələdən çıxarıb.

Samir

Bənzər yazılar

Back to top button