İdman

Messinin PSJ-də ilk qalmaqalı: əvəzetmədən sonra baş məşqçisinin əlini sıxmaqdan imtina etdi

Lionel Messi Birinci Liqanın 6-cı turunun “Lion”la matçında (2:1) əvəzetmədən sonra öz komandasının baş məşqçisi Mauriso Poçettinonun əlini sıxmayıb.

Fanat.az xəbər verir ki, matçın 76-cı dəqiqəsində Poçettino Messini müdafiəçi Əşrəf Hakimi ilə əvəzləyib. Meydançanı tərk edən argentinalı əvəzetmədən sonra mütəxəssisin əlini sıxmaqdan imtina edib və ehtiyat oyunçular skamyasına doğru gedib.

Xatırladaq ki, oyunda hesabı 54-cü dəqiqədə “Lion”un yarımmüdafiəçisi Lukas Paketa açıb. Neymar tezliklə penalti zərbəsini uğurla reallaşdıraraq hesabı bərabərləşdirib. Paris təmsilçisinin qələbə qolunu ikinci hissəyə əlavə edilmiş vaxtda argentinalı Mauro İkardi vurub.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Bənzər yazılar

Back to top button