Dünya

Rusiyada universitetə silahlı basqın edən şəxs saxlanıldı

Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur.

Qaynarinfo Rusiya mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

11.28

Rusiyada universitetdə atışma olub.

Qaynarinfo xəbər verir ki, hadisə Perm şəhərində baş verib.

Belə ki, Perm Dövlət Universitetində naməlum şəxs binaya daxil olaraq bir neçə dəfə atəş açıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Bildirilir ki, bir neçə nəfər pəncərədən tullanaraq qaçıb.

Hadisə zamanı bir nəfərin yaralandığı deyilir.

Bənzər yazılar

Back to top button