Həkim: “Delta variantı gənclərdə ağciyərlərin zədələnməsi ilə müşahidə edilir”

by Aztoday Xəbər Portalı

“Delta variantı gənclər arasında daha çox ağciyərlərin geniş həcmli zədələnməsi ilə müşahidə edilir”.

Bunu tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.

Onun sözlərinə görə, hazırda ölkədə koronavirusun delta variantı yayılmaqda davam edir: “Delta variantı gənclərdə yüksək hərarətlə davam edir, xəstəliyin ilk həftəsindən ağciyərlər geniş həcmli zədələnir. Kompüter tomoqrafiya (KT) müayinəsində ağciyərlərin 70-80, hətta 90% zədələnməsi aşkar edilir. Son həftələrdə gənclərin daha tez ağırlaşmasını müşahidə edirəm”.

Bənzər Yazılar