Meşələrlə bağlı İlham Əliyevə ŞOK MÜRACİƏT: Muxtar Babayev və komandası Prezidentə kələk gəlir?

by Aztoday Xəbər Portalı

Cəlilabad rayon Soyuqbulaq kənd sakini Sadıqov Mirxas Museyib oğlu Prezident İlham Əliyevə müraciət edib.

AzToday.az xəbər verir ki, şikayətçi Cəlilabad meşələrinin yerli ekologiya orqanları tərəfindən talan etdiyini bildirib.

Müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli cənab Prezident!

Yazıb Sizə bildirirəm ki,​ Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Adəm İsmiyev və ətrafına topladığı dəstə meşələri talan etməylə məşğuldurlar.​ Onlar deyir ki,​ bizim arxamızda “duranlar” vardır və heç kim bizə heç nə edə bilməz.​

A.İsmiyev və onun cinayətkar dəstəsi bizim gözlərinizin önündə Planetimizin “ağ ciyəri” sayılan meşələrimizi və o meşələrdə olan hansı ki,​ adlara “Qırmızı Kitaba” düşən ağacları soyqırıma məruz qoyub, qırdırıb içlik material kimi şəxslərə daşıtdırırlar. Bununla azmış kimi,​ həmin kəsilən ağacların yerini isə “izi” itirmək üçün mühərrik yağın sürtürlər.​ Bir neçə gün bundan öncə Dövlət və özəl TV kanalları gəlib, sözü gedən yerdə çəkilişlər​ edərək, şəxsən özləri bunun yaxından şahıdı oldular.

Bu gün ki,​ gün Dövlət meşə fondu torpaqları Adəm İsmiyev və onun dəstəsi tərəfindən​ qazılaraq kərpic zavod və digər şəxslərə satılır. Dövlət​ Meşə fondu qeyri-qanuni​ zəbt olunur və orada tikililər salınır (yol,​ mal-qara tövləsi, ev,​ istirahət mərkəzləri və s..).

Dövriyyədə olan əkinlər demək olar ki,​ yox dərəcəsindədir və həmin olmayan əkinlər “naryadlar” yazılıb. Batıb, amma realda olmayan 138 hektar əkini 2020-ci ildə​ “örtülü meşəyə” saxta yolla keçirdiblər.​ ​
“Ecofront” və dövlət tv kanalları Cəlilabad meşələrində çəkiliş aparandan sonra,​ ETSN-nin müavini Vüqar Kərimov gəlib​ ​Cəlilabadın Ağdaş kəndində “saxta” iclas keçirtdi. O iclasa Adəm və onun tərəfdarları,​ həmin ərazidə yaşayan 10-15 nəfər yaxın adamlarını toplayaraq​ (Bunlar hamısı qabağcadan onların çirkin​ əməllərini ört-vardır etmək üçündür), onların diliylə desək “meşələrdə vəziyyət yaxşıdır və əvvəlki kimi qırıntılar olmur və s.”.
​ ​
Bunlar Adəm İsmiyev və tərəfdarlsrının qurduğu çirkin planlardır.

Bu gün ki,​ gün bizim meşələrin “soyqırımı” səbəbindən bizim regionun bulaq,​ çay və su quyuları qorumağdadır.​ Bu ilki kimi bizim region heç quraqlıq keçməmişdir.

Hörmətli Ali Baş Komandan!

Xahiş edirəm bu yazdıqlarım,​ mənim iştirakımla araşdırmaq üçün göstəriş verəsiniz!”

Müraciətdə adı hallanan şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Orxan Məmmədli

AzToday.az

Bənzər Yazılar