Messinin niyə əvəzləndiyi və baş məşqçisinə etdiyi hörmətsizliyin səbəbi məlum oldu

by Aztoday Xəbər Portalı

PSJ-nin futbolçusu Lionel Messinin Liqa 1-in 6-cı turunda “Lion”la matçda əvəzlənməsinin səbəbi məlum olub.

Qol.az xəbər verir ki, bu barədə “L Equipe” məlumat yayıb. Baş məşqçi Maurisio Poçettino dizindən yüngül xəsarət alan 34 yaşlı hücumçunu zədədən qorumaq üçün belə addımı atıb. Messinin əvəzinə meydana 76-cı dəqiqədə Əşrəf Hakimi daxil olub. Messi bu əvəzetməyə etiraz olaraq Poçettinonun əlini sıxmayıb.

Qeyd edək ki, Görüş PSJ-nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər Yazılar