Hadisə

Fəqət Şadlinskaya Bərdənin icra başçısı olmaq istəyir..- İcra başçısı Vidadi İsayevin keçmiş “qara kassası” hamıya meydan oxuyur

Vidadi İsayev isə Könül xanımın üstündə möhkəm isləyir və onu Fəqətə alternativ hazırlayır

Könül xanım Bərdədəki kollec direktorunun həyat yoldaşıdır

Məlumat üçün qeyd edək ki, bəzi mətbuat orqanlarında Bərdənin icra başçısı Vidadi İsayevin müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Nəcəb qızı Şadlinskayanın vəzifəsindən uzaqlaşdırılması barədə xəbər yayılsa da, icra hakimiyyətinin rəsmi saytında onun vəzifədə olduğu qeyd edilir.

İstənilən halda Fəqət Şadlinskayanın əməlləri geniş bir araşdırma yazısının mövzusudur.

Öncə onu qeyd edək ki, icra başçısı Vidadi İsayev nədənsə qadın kadrlara üstünlük verir. Fəqət xanım da Vidadi İsayevin yetişdirdiyi xanımlardan biridir.

Hətta uzun müddət Fəqət Şadlinskaya rayonda icra başçısının “qara kassiri” kimi tanınıb.

Sadəcə, Fəqət xanımın icra başçısı eşqinə düşməsi onun Vidadi İsayevlə münasibətlərini korlayıb.

Məlumat üçün onu da qeyd edək ki, Fəqət Şadlinskaya həm də YAP-ın Bərdə rayon təşkilatının sədridir.

Xanım Şadlinskayanın bir xasiyyətini də qeyd edək. O, hakimi mütləq olmağı, rayondakı səlahiyyətləri öz əlində cəmləşdirməyi sevir, hətta hərdən icra başçısını da saymazdan gəlir.

Bu xanım istəyir ki, rayonda kadr məsələsini özü həll etsin, öz adamlarını müxtəlif vəzifələrə yerləşdirsin.
Fəqət Şadlinskayanın qayını Fəxrəddin Şadlinski rayonda Gigeyena və Epdimologiya Mərkəzinin rəhbəridir.

Deməli, Fəxrəddin Şadlinski vəzifə tutmaq istəyən və pulu olan şəxsləri Fəqət xanımla görüşdürür və 50-50-yə yaxşıca qazanırlar. Bu vəziyyət icra başçısı Vidadi İsayevi ciddi narahat edir.

Təhisl şöbəsi məsələsində icra başçısı ilə xanım müavini arasında əməlli-başlı qalmaqal yaranıb, bütün rayon camaatı bu barədə danışır.

Belə ki, Fəqət xanımın yaxın rəfiqəsi, rayon təhsil şöbəsinin müdiri Rahilə İsmayılova vəfat edəndən sonra boş qalan vəzifə uğrunda “yarış” başlayıb.

Hətta Fəqət xanım rəqifəsinin yas mərasimində deyib ki, təhsil şöbəsinin yeni müdirini qoymaq mənim “kurasiya”mdadır, əgər icra başçısı razı olmasa, rayonu ayağa qaldıracam. Bu artıq Fəqət xanımın ilk siyasi “oşibkası” deyil. Necə yəni rayonu ayağa qaldıracam ?

Fəqət Şadlinskaya hətta təhsil şöbəsinin müdiri olmaq istəyən şəxsdən nə isə alıb. Lakin icra başçısı buna heç cür razı olmur.

Məlumat üçün onu da qeyd edək ki, Fəqət Şadlinskayanın özü və qohumları keçmiş müsavatçılardır. Hətta Fəqət xanım deyir ki, YAP-ı içəridən dağıdacam.

Fəqət xanımın rayonda yayılmış belə bir şüarı da var: Bərdənin icra başçısı bərdəli olmalıdır.
Bu qadın o qədər həddini aşıb ki, başa düşmək istəmir ki, rayona icra başçısı təyin etmək Prezidentin müstəsna səlahiyyətinə aid olan məsələdir.

Görəsən, Fəqət Şadlinskyada bu qədər özünə güvənmək haradandır ?

Birincisi, öz soyadına güvənən xanım müavin elə bilir ki, hamı onun qarşısında baş əyməli, təzim etməlidir.

İkincisi, icra başçısının “saqqızını” oğurlayan Fəqət xanım rayondakı icra nümayəndələrinin çoxuna özü “xeyir-dua” verib. Və düşünür ki, istədiyi vaxt rayonu istədiyi kimi “qaldıra-endirə” bilər.

Amma icra başçısı Vidadi İsayev artıq onun bu hərərkətlərinə dözmək istəmir. Ümumiyyətlə, Vidadi İsayevin ən zəif yeri “qadın məsələsi”dir.

Vidadi İsayev hazırda rayonda Fəqət xanıma alternativ olmaq üçün başqa bir xanımı yetişdirir.

Bəli, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xaləddin Ələkbərov rayonda icra başçısının “informasiya mənbəyi” kimi tanınır. O, vaxtilə kollecdə direktor müavini olub. Sonradan Vidadu İsayevin köməkliyi ilə direktor olub. Deyilənə və saytların yazdığına görə pul hərisi olan direktor öz həyat yoldaşı Könül xanımı Vidadi İsayevlə görüşdürüb və deyib ki, bu Fəqətə yaxşı alternativ ola bilər.

Hazırda icra başçısı Vidadi İsayev Könül xanımın üzərində möhkəm işləyir ki, onu Fəqət Şadlinskayaya qarşı alternativ qoysun. İcra başçısı Könül xanıma söz verib ki, Fəqəti çıxarıb onun yerinə Könülü qoyacaq.
Beləliklə Bərdədə icra başçısı olmaq uğrunda qızğın yarış gedir.

Turantv.az

Bənzər yazılar

Back to top button