İdman

“Barselona” “Atletiko”nun futbolçusunu transfer edir

“Barselona” “Atletiko”dan transfer etməyə hazırlaşır.

Fanat.Az “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya klubu yayda Madrid təmsilçisi ilə müqaviləsi başa çatacaq Filipe Luisi heyətinə qatacaq. “Atletiko”nun yeni müqavilə təklifini rədd edən futbolçu üçün “Barselona” təzminat ödəməyəcək.

Qeyd edək ki, “Atletiko” 2010-cu ildə “Deportivo”dan 12 milyon avroya aldığı Felipe Luisi 4 il sonra 20 milyona “Çelsi”yə satmışdı. Madrid klubu 2015-ci ildə 16 milyon avro ödəyərək onu geri qaytarmışdı. Cari mövsümdə 33 yaşlı müdafiəçi cari mövsümdə 20 oyuna çıxaraq 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button