Suraxanıda başçının müavini Fuad Cəbrayılovun “karyera karuseli”- Fuad Cəbrayılovun oğlunun OLİQARX HƏYATI….

by Aztoday Xəbər Portalı

Fuad Cəbrayılovun qaynatası Aydın Cəfərovun tikinti biznesi

İradə Gülməmmədovanın keçmiş, Əziz Əzizovun indiki nüavini köhnə əməllərindən qalmır

Fuad Cəbrayılovun oğlunun OLİQARX HƏYATI….

Hazırda Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun müavini olan Cəbrayılov Fuad Höcətağa oğlu bu vəzifəyədək uzun bir qalmaqallı yol keçib.

Fuad Cəbrayılov vaxtilə BTİ ( Bakı Texniki İnventarizasiya ) idarəsində, Dövlət Reyster Xidmətinin Abşeron şöbəsində “kupça” satmaqla, rayonunun kənd təsərrüfatı təyinatlı torpaqlarının böyük əksəriyyətinə çıxarışlar verməklə külli miqdarda pul qazanıb və Abşeronda xeyli sayda obyektə sahib olub.

Fuad Cəbrayılov o qədər qanunsuz əməllər törədib ki, səsi yuxarılara gedib çıxıb və nəticədə onu bir müddət “ağzıbirə” salıblar.
Lakin qaynatası Aydın Cəfərovun və o zamanlar Dövlət Reyster Xidmətinin rəisi işləyən Arif Qaraşovun köməkliyi ilə Fuad Cəbrayılov canını həbsdən qurtara bilib, hətta vəzifəsini də qoruyub saxlayıb.

Lakin Arif Qaraşov Xidmət rəisi vəzifəsindən gedən kimi Kərəm Həsənov Fuad Cəbrayılovun “mitilini bayıra” atıb.
Bir müddət işsiz qalan Fuad Cəbrayılov həmin vaxt qaynatası Aydın Cəfərovun tikinti biznesini idarə edib. Sonra isə qaynatasının köməkliyi ilə Abşeron icra hakimiyyətində məsləhətçi, daha sonra icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olub.

Fikir verdinizmi, ictimai-siyasi məsələlər üzrə müavin.

Ancaq Fuad Cəbrayılov əslində Abşerondakı tikinti və torpaq məsələlərinə nəzarət edərək külli miqdarda pul qazanıb. Və günün birində hansı əməlinə görəsə, vəzifədən qovulub.

Yenə qaynatası Aydın Cəfərov və sabiq Xidmət rəisi Arif Qaraşov köməyə gələrək, Fuad Cəbrayılovu Suraxanı icra hakimiyyətinə “pərçim” edə biliblər.

Məlumat üçün qeyd edək ki, Aydın Cəfərov DYP-də vaxtı ilə tabor komandiri olub və onun oğlu Zaur Cəfərov bir vaxtlar Səbael Rayon Dövlət Yol Polis Şöbəsinin rəisi işləyib. Sabiq nazir Ramil Usubov Zaur Cəfərovu tutduğu vəzifədən azad edib. Polis mayoru Zaur Cəfərovun vəzifəsindən qovulmasının səbəbi isə bir ilin təxminən 190 gününü xarici ölkələrdə keçirməsi və əksər hallarda rəhbərliyə məlumat verməməsi olub. Onu da qeyd edək ki, Aydın Cəfərov keçmiş Dövlət Reyster Xidmətinin rəisi Arif Qaraşovla qudadır.

Bəli, Fuad Cəbrayılov hazırda Suraxanının icra başçısı Əziz Əzizovun müavinidir. Nə üzrə müavindir bəlli deyil.
Ancaq bəlli olan odur ki, Suraxanıda kim qanunsuz ev tikmək, hasar çəkmək, mansar artırmaq istəyirsə, ilk növbədə Fuad Cəbrayılovun cibinə əl uzadır və ondan xeyir-dua alır.

Fuad Cəbrayılov qaynatası Aydının hesabına hələ daha böyük vəzifələrə getmək barədə düşünür. Bu adamı elə bil “karyera karuselinə” mindirib fırladırlar.

Fuad Cəbrayılovun 2-ci arvadından olan oğlunun həyat tərzi, Qarabağda qanlı döyüşlər gedərkən, şəhid tabutları gələrkən, kürəkən və qaynatanın evlərinin mansarında çal-çağırla, yeyib-içməklə məşğul olmaları başqa bir yazının mövzusudur.

Növbəti yazıda həm də 10- PP –702 nömrəli avtomobilin tez-tez harada və niyə peyda olmasına aydınlıq gətirəcəyik.

(Gündelik Bakı)

Bənzər Yazılar