İdman

Ronaldunun anası: “Mən ölməmişdən qabaq…”

“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldunun (Cristiano Ronaldo) anası Mariya Dolores Aveyru, oğlunu Portuqaliyanın “Sportinq” klubunun formasında görmək istədiyini bildirib.

Fanat.az Portuqaliyanın “Record” nəşrinə istinadən xəbər verir ki, Dolores Aveyru bunun gerçəkləşməyən ən böyük arzusu olduğunu dilə gətirib:

“Oğluma demişəm ki, mən ölməmişdən qabaq səni “Sportinq”in formasında görmək istəyirəm. Bu mənin hələlik gerçəkləşməyən arzumdur. Əgər özündə alınmasa heç olmasa oğlu bu klubda oynasın. O, Kriştianudan daha yaxşı oynayır”

Xatırladaq ki, Kriştianu Ronaldu karyerasını məhz Lissabonun “Sportinq” klubunda başlayıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button