Cəmiyyət

Necə olur ki, yardım ala bilməyənlərin sayı əhalinin sayından çox olur? (TƏHLİL)

“Hökümətin işsizliklə, yoxsulluqla, inflyasiya ilə bağlı rəsmi statistikası həmişə şübhə doğururdu”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli alim həmkarı Qubad İbadoğlunun 190 manat alanlarla bağlı apardığı hesablamadan danışarkən deyib. Natiq Cəfərli sözü gedən siyahıda az sayda təkrarlanan rəqəmlərin olduğunu deyib:

“Büdcədən maas alan 915 min nəfərin arasında hərbiçilər də var. Hərbiçiləri niyə ayrıca yazıb? Onlar büdcədən maliyyələşən təşkilatlardır. 1,7 milyon kənd təsərrüfatında çalışan yazıb, bunlar torpaq payı olanlardır. Sonradan qərar verildi ki, əkinə yararlılığı olmayan torpaqları olan vətəndaşlar da 190 manatla bağlı müraciət edə bilərlər. Fərdi sahibkarlıq bölümündə bu günə kimi bütün VÖEN alanları hesablayıb. Problem odur ki, həmin adamların yarısı işlək vəziyyətdə deyil. Yəni, qapalı bölümlərdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə sonradan açıqlama verdi ki, qapalı bölümdən olanlar da müraciət edə bilər. Əslində, işsizlərlə bağlı Azərbaycan hökumətinin rəqəmləri vardı. Mart ayının 1-nə 90 min işsiz vardı. Birdən-birə bir ayın içərisində 600 min yardımla bağlı qərar verildi. Burdan belə nəticə çıxır ki, hökümətin 90 min rəqəmi doğru deyil. Hökümətin işsizliklə, yoxsulluqla, inflyasiya ilə bağlı rəsmi statistikası həmişə şübhə doğururdu. Bu, bir daha əyani şəkildə sübut etdi ki, rəsmi statistika kifayət qədər siyasiləşib. Rəsmi statistikanın siyasiləşməsi normal rəqəmlərə çıxış imkanlarını məhdudlaşdırır. Və bu hökümətə də ciddi problem yaratdı. Hökümət özü də başa düşdü ki, rəsmi statistika normal olmasa, diaqnostikanın qoyulması, normal effektli addımların atılması çətinləşir. Müstəqil ekspertlərin uzun illərdir dediyi nə idi? Rəsmi işsizliklə bağlı rəqəmlər siyasiləşir. Pandemiyanın xeyri o ola bilər ki, bundan sonra statistik rəqəmlərdə normal yanaşma olsun. 600 min vətəndaş uzun illərdir ki, işsizdir”.

Natiq Cəfərli qeyd edib ki, fermerlerlə bağlı addım atılmalıdır:

“Növbəti addım kimi, hökumətin əlində fermerlərlə bağlı dəqiqləşdirilmiş siyahılar olmalıdır. Ən azından 1,7 milyonun yarısı pay torpaqları olsa da, heç bir gəlir götürməyən insanlardır. Onları fermer kimi siyahıya almaq, VÖEN-i bağlayanların statistikası aparılmalıdır. Bir sıra məsələlər ölkədə statistikanın bərbad olduğunu üzə çıxartdı. Yeri gəlmişkən, Prezident də çıxışında statistika ilə bağlı məsələni hardasa 3 dəfə deyib”.

Bənzər yazılar

Back to top button