CəmiyyətGündəmManşet

Dərsə getmək məcburi oldu

Yeni tədris ilinin başlanması (22 sentyabr) ilə koronavirus pandemiyası ilə əlaqədar tədris müəssisələrində məşğələlərə könüllü olaraq getmək ləğv edilib. Ölkənin baş naziri Əli Əsədov bu barədə müvafiq sənəd imzalayıb.

Bundan sonra valideynlər uşaqları yalnız iki halda məktəbə buraxmaya bilər: əgər məktəb yoluxma səviyyəsi yüksək olan ərazidə yerləşirsə; və ya şagirdin evində COVİD-19 xəstəsi, yaxud digər respirator virus infeksiyasına yoluxan şəxs olduğu halda.

İkinci halda uşağın dərsə buraxılmaması məcburi olacaq və valideynlər bu barədə məktəb administrasiyasına məlumat verməlidirlər.

Sentyabrın 29-dan ali təhsil müəssisələrində, orta ixtisas və peşə-texniki təhsil müəssisələrində dərslər bərpa olunacaq.

Bənzər yazılar

Back to top button