Hadisə

Etibar Pirverdiyevin oğlu Bakıda “Porsche” ilə “avtoş”luq etdi – DİN araşdırmalara başladı – VİDEO

“Bakıda sürət həddini aşan sürücü ilə bağlı araşdırma aparılır”.

Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, hazırda yayılan görüntülərlə bağlı araşdırma başlanılıb:

“Nəqliyyat vasitəsinin aşkar edilməsi, sürücünün kimliyi ilə bağlı tədbir görülür”.

***

Bakıda sürət həddini aşan sürücü yolda təhlükəli anlar yaşadıb.

99-EP-009 dövlət nömrə nişanlı “Porsche” markalı avtomobilin sürücüsü sentyabrın 20-i paytaxtın hava limanı yolunda hərəkət edən zaman sürət həddini aşıb. Avtomobilin sürəti o qədər yüksək olub ki, bir neçə saniyəyə gözdən itib.

Avtosfer.az-ın araşdırmasına görə, “Porsche”nin sürücüsü “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin oğlu Elvin Pirverdidir. Qeyd edək ki, E.Pirverdi Londonda təhsil alıb və adı atasının biznes imperiyasında bir neçə dəfə hallanıb.

Bənzər yazılar

Back to top button