Qazax rayonunda traktorçu minaya düşərək həlak olub

by Aztoday Xəbər Portalı

Qazax rayonu Xanlıqlar kənd sakini Məmməd Mərdanov (1988-ci ildə anadan olub) kənd təsərrüfatı işləri zamanı minaya düşərək həlak olub.

İnsident Ermənistanla sərhəd Bala Cəfərli kəndi ərazisində baş verib.

Bu barədə DİN-in mətbuat xidmətinin Gəncə Regional Qrupu məlumat verib.

Mərdanov traktorla torpağı şumlayarkən partlayış verib. O hadisə yerində həlak olub.

Hadisənin səbəbləri araşdırılır

Bənzər Yazılar