Həbsdə olan sabiq icra başçısının səhhəti ağırdır

by Aztoday Xəbər Portalı

Vəzifə cinayətlərinə görə həbs olunan, Biləsuvar Rayon İcra Hakimiyyətinin koronavirusa yoluxan sabiq başçısı Mahir Quliyevin vəziyyəti stabil ağır olaraq qalıb.

Bu barədə oxu.az-a onun vəkili məlumat verib.

Onun sözlərinə görə, M.Quliyevin səhhətində yaxşılaşma yoxdur:

“Həkimlər vəziyyətini ağır olaraq qiymətləndirirlər. Hələ ki, onun vəziyyətində heç bir dəyişiklik yoxdur”.

Qeyd edək ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin 2020-ci il aprelin 29-da həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.

Ötən il aprelin 30-da isə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bənzər Yazılar