“Nəvəm Messidən hündür idi” – Ronaldonun anası

by Aztoday Xəbər Portalı

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun anası Dolores Aviero nəvəsi Junior Ronaldonun (Kriştianonun oğlu -red) Lionel Messi ilə necə tanış olduğunu xatırladıb.

Qol.az “Tuttosport”a istinadən xəbər verir ki, o deyib:

“Nəvəmlə birlikdə idim və dedim:”Bax, bu Messidir. Sonra mənə cavab verdi: “Bu Messi deyil, bu adam çox kiçikdir”. Sonra oğlum onu ​​ruhlandırdı və Lionelə salam deməsini söylədi. Nəvəm artıq Messidən hündür idi. Çox gülməli idi”.

Bənzər Yazılar